Bakıda qətl hadisəsi baş verib.

Hadisə mayın 21-i saat 21:30 radələrində Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Könül Əsgərova yaşadığı binanın liftində əri, 1977-ci il təvəllüdlü Hafiz Əsgərov tərəfindən bıçaqla qətlə yetirilib.

Məlumata görə, kişi avrvadını qısqanclıq zəminində öldürüb.

Daha sonra H.Əsgərov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

.