Bakı Nəqliyyat Agentliyinə məxsus 4 şirkətdən 3-ü dövlət büdcəsinə borcludur. 

"Report"un əldə etdiyi məlumata görə, bunlar "BakuBus", "Albalılıq Avtoparkı" və "Zığ Avtoparkı" MMC-lərdir. 

Adları çəkilən şirkətlərin bu günə vergi borcu müvafiq olaraq 97 205,44 manat, 202 678,58 manat və 13 015,25 manat, ümumilikdə isə 312 899,27 manatdır. Yalnız "Nəqliyyatı İntellektual idarəetmə Mərkəzi" MMC-nin büdcə qarşısında öhdəliyi yoxdur. 

.