Bakıda 2040-cı ilə qədər şəhər əhalisinin sayı 3,17 milyon nəfər təşkil edəcək.

Bu, Bakı Şəhərinin Baş Planı 2040-da əksini tapıb.

Layihəyə əsasən, Bakı şəhərinin 2040-cı ilə olan əhali proqnozunun verilməsi üçün ümumilikdə yeddi fərqli ssenari üzərində təhlil aparılıb. Müxtəlif riyazi modellər və fərqli hesablama yanaşmalarının tətbiqi ilə aparılmış təhlillərə görə hesabat dövrü üçün şəhər əhalisinin 2,88-3,17 milyon nəfər arasında dəyişəcəyi müəyyən edilib.

Bakı şəhərinin Baş Planı çərçivəsində əhali artımı ssenariləri üzrə hesablama nəticələrinin ən yüksək həddi əsas götürülüb və 2040-cı ilə qədər şəhər əhalisinin 3,17 milyon nəfər təşkil edəcəyi qəbul edilib.

.