
Bakı artıq dünyanın ən aktual problemlərinin müzakirə olunduğu siyasi Davosa çevrilib.
Bu barədə bu gün Ukraynanın sabiq prezidenti Viktor Yuşenko X Qlobal Bakı Forumunun açılışı öncəsi jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, şərlə mübarizə üsullarının müzakirəsi məsələsinin intensivləşdirilməsi çox vacibdir.
“Bu gün təhlükəsizlik məsələsi hər bir ölkə üçün önəmlidir. Bütün ölkələr səylərini və təhlükəsizliklə bağlı siyasətlərini birləşdirir”, - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da X Qlobal Bakı Forumu işə başlayıb.
.