Bu gündən etibarən Bakı şəhəri üzrə uşaq bağçalarının fəaliyyəti dayandırılıb.

Bu barədə Trend-ə valideynlər bildiriblər. Qeyd olunub ki, onlara ötən gündən bağça rəhbərləri və eləcə də müəllimlər bu təhsil müəssisələrinin işləməyəcəyi barədə xəbərdarlıq ediblər.

Xatırladaq ki, ötən həftə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda dövlət və özəl bağçaların fəaliyyətinin dayandırılması ilə bağlı yerli icra hakimiyyəti orqanlarına göstəriş verilməsi barədə məlumatlar yayılmışdı.

Bakı Şəhər İcra Hakimiyyəti də məlumatı təsdiqləmişdi.

.