Bu ilin yanvar ayı ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1% azalaraq 325,354 mln. ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat  əsasında aparlılan hesablamalara görə, bu müddətdə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 25,437 mln. dollar və ya 18,3% artaraq 164,215 mln dollar, idxal isə 28,807 mln. dollar və ya 15,2% azalaraq 161,139 mln. dollar təşkil edib.

Nəticədə, hesabat ayında 3,076 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. Qeyd edək ki, 2019-cu ilin yanvar ayında ticarət saldosu mənfi olub və 51,168 mln. dollara bərabər idi.

.