Bu ilin yanvar-avqust aylarında Azərbaycanın ixracı 13 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,6 mlrd. dollar təşkil edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın sentyabr sayına istinadən məlumat verir. Beləliklə, ötən ilin göstəriciləri ilə müqayisədə ümumi ixrac təxminən 31,6%, qeyri-neft sektoru üzrə ixrac isə 37,1% artıb.

2021-ci ilin səkkiz ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 364,7 mln. dollarla əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 1,5 dəfə, pambıq iplik 3,1 dəfə, şəkər 2,2 dəfə, kimya sənayesi məhsulları 68%, pambıq lifi 88,5%, alüminium və ondan hazırlanan məmulatlarda isə 45% artım qeydə alınıb.

Normallaşma prosesinin davam etdiyi dövrdə avqust ayı üzrə ixrac 1,6 mlrd. dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 95,3% təşkil etməklə 230,4 mln. dollar olub. 2021-ci ilin avqust ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 53,1% artaraq 38,3 mln. dollar, qeyri-yeyinti məhsulları üzrə isə 106,6% artaraq 192,1 mln. dollar təşkil edib.

.