2021-ci ilin birinci yarısında Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 1 878,4 mln. ABŞ dolları və ya ÜDM-nin 8%-ni təşkil edib.

Mərkəzi Bankın məlumatlarına görə, neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 40,7% artaraq 4.6 mlrd. dollar, qeyri-neft sektoru üzrə cari əməliyyatlar hesabı kəsiri isə 1,8% artaraq 2,7 mlrd. dollar məbləğində olmuşdur.

Qeyd edək ki, 2020-ci il üzrə cari əməliyyatlar hesabının kəsiri 227,6 mln. dollar və ya ÜDM-nin 0,5%-ni təşkil edib. (2019-cu ildə 4.4 mlrd. dollar profisit olmuşdu).

Azərbaycanın tədiyə balansında ÜDM-nin 5,4%-dək profisit yaranıb

2021-ci ilin I yarımilliyində tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyri-neft ixracının genişlənməsindən təsirlənib.

Cari əməliyyatlar balansında 1,878 mlrd. dollarlıq profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 0,58 mlrd. dollarlıq kəsir yaranıb.

Beləliklə, 2021-ci ilin ilk yarısında Azərbaycanın tədiyə balansının ümumi saldosunda 1 261,3 mln. dollarlıq profisit (ÜDM-in 5,4%-i) yaranıb.

.