Azərbaycanda ürək transplantasiyası həyata keçiriləcək.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, 2 il əvvəl qəbul edilən “Donor və orqan transplantasiyası haqqında" Qanun buna imkan verir:

"Bu qanun imkan verir ki, Azərbaycanda ürək əməliyyatları ilə yanaşı ürək transplantasiyası da keçirilsin. Azərbaycanda ürək transplantasiyası həyata keçirə biləcək kifayət qədər mütəxəssislərimiz də var. Hazırda bu istiqamətdə işlər görülür. Bununla bağlı Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar müzakirələr aparır. Yaxın vaxtlarda Azərbaycanda ürək transplantasiyası həyata keçirilə bilər".

.