Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 422 yeni yoluxma faktı qeydə alınıb, 2 181 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 560 853 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 522 431 nəfər müalicə olunaraq sağalıb, 7 445 nəfər vəfat edib, aktiv xəstə sayı 30 977 nəfərdir.

Ölkədə son sutka ərzində 12 807, hazırkı dövrədək isə 5 360 316 test aparılıb.

.