Son 10 ildə Azərbaycanda 27 min 829 tibb işçisi sertifikat alıb.

Bunu Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyasının rəhbəri Murad Mirzəzadə deyib.

O bildirib ki, sertifikasiya komissiyası tərəfindən təşkil edilən sınaq imtahanları namizədlərə real imtahan formatı ilə əvvəlcədən tanış olmaq və imtahan proqramı üzrə biliklərinin obyektiv səviyyəsini müəyynləşdirməkdə yardım edir.

Səhiyyə Nazirliyi kimlərin sertifikasiyadan keçməyəcəyini açıqlayıb

"Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər".

Bunu Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyasının rəhbəri Murad Mirzəzadə deyib.

O bildirib ki, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) sertifikasiyaya cəlb edilmirlər: “Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər”.
 

.