Bu ilin sentyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 904,2 mln. manat təşkil edib ki, bu göstərici son bir ayda 3,6% azalıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 15,1% azalıb. İlin əvvəli ilə müqayisədə isə 1,2% artıb.

Qeyd edək ki, sentyabrın 1-nə problemli kreditlərin cəmi kreditlərdə payı 5,8% təşkil edib. Bu, ötən ayla müqayisədə 0,3 faiz bəndi azdır.
 

.