Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə ərzaq məhsullarına 16,866 mlrd. manat xərclənib.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,5% artıb.

Təkcə oktyabr ayında əhali ərzaq məhsullarına 2,006 mlrd. manat xərcləyib ki, bu da sentyabr ayı ilə müqayisədə 6,1% çoxdur.

Qeyd edək ki, oktyabr ayında əhalinin ərzaq məhsullarına xərcləri bu ilin ən yüksək aylıq göstəricisi kimi qeydə alınıb və bu il ilk dəfə 2 mlrd. manatı keçib. Ötən il sözügedən aylıq göstərici 2 mlrd. manat həddini dekabr ayında keçmişdi.

.