Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən mənzil və kommunal təsərrüfatı ilə bağlı ayırmalar 2,7 milyon manat və yaxud 0,8 % azaldılaraq 350,683 milyon manatdan 347,983 milyon manata endirilir.

Bu, “2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, mənzil təsərrüfatı xərclərinin dəyişdirilməyərək 68,212 milyon manat, su təsərrüfatı xərclərinin isə dəyişdirilməyərək 9,975 milyon manat saxlanılması, kommunal təsərrüfatı xərclərinin 4 milyon manat və yaxud 3 % artırılaraq 131,549 milyon manatdan 135,549 milyon manata, mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər üzrə xərclərin isə 6,7 milyon manat və yaxud 4,8 % azaldılaraq 140,945 milyon manatdan 134,245 milyon manata endirilməsi nəzərdə tutulub.

.