“Koronavirusa qarşı vaksinasiyada könüllülük prinsipi əsas götürüləcək”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Vaksinasiya strategiyası barədə məlumat verən Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Seymur Musayev bildirib.

S. Musayev deyib ki, strategiyada növbəti prinsiplər təhlükəsizlik, şəffaflıq, mərhələlik, ədalətlilik, məsuliyyət və əməkdaşlıqdır: “Əsas hədəf epidemioloji vəziyyətin sabitləşdirilməsi, xəstələnmə və  ölüm hallarının azaldılmasıdır”.

.