Son sutka ərzində Azərbaycanda koronavirus səbəbindən daha 6 sinif distant təhsilə keçib.

Təhsil Nazirliyindən verilən məlumata görə, distant təhsilə keçirilmiş məktəblərin sayı 8 olub.

Distant təhsildə olan daha 2 sinif isə əyani təhsilə keçirilib.

Ümumilikdə koronavirus səbəbindən distant təhsilə keçirilən siniflərin sayı 40, məktəblərin sayı isə 10-dur.

Azərbaycanda son sutkada 21 şagird koronavirusa yoluxub

Azərbaycanda son sutka ərzində hərarəti 37 dərəcədən yuxarı olan şagird sayı 26, işçi sayı 1 olub.

Təhsil Nazirliyindən  verilən məlumata görə, son sutka ərzində koronavirusa yoluxan şagird sayı 21, işçi sayı isə 8 olub.

 

.