Son sutka ərzində Azərbaycanda koronavirus səbəbindən distant təhsilə keçirilmiş siniflərin sayı 3 olub. 

Təhsil Nazirliyindən verilən məlumata görə, son sutka ərzində 4 sinif isə yenidən əyani təhsilə keçirilib. 

Ümumilikdə bu günə qədər distant təhsilə keçirilən siniflərin sayı 27, məktəb sayı isə 2 olub.

 Azərbaycanda daha 12 şagirddə koronavirus aşkarlanıb

Təhsil Nazirliyi son sutka ərzində ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxmaya dair məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 6, işçi sayı 1 olub. 

Son sutka ərzində koronavirusa yoluxan şagird sayı 12, işçi heyətinin sayı 2 nəfər təşkil edib. 

.