Azərbaycanda xəstəxananın baş həkiminə hədə-qorxu gələrək pul tələb ediblər.
Lent.az-ın məlumatına görə, hadisə Ucar rayonunda baş verib.
Ucar Rayon Mərkəzi Xəstəxananın baş həkimi Zeynal Bayramlı polisə müraciət edərək rayon sakini Bəxtiyar Kərimovun ona hədə-qorxu gələrək 1000 manat pul tələb etməsini bildirib.
Daxil olan şikayət əsasında Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

.