Son sutka ərzində Azərbaycanda koronavirus səbəbindən distant təhsilə keçirilmiş siniflərin sayı 8 olub. 

Təhsil Nazirliyindən verilən məlumata görə, koronavirus səbəbindən distant təhsilə keçirilən məktəblərin sayı isə 7 olub. Koronavirus səbəbindən distant təhsildə olan 3 sinif əyani təhsilə keçirilib.  

Ümumilikdə distant təhsilə keçirilən siniflərin sayı 60, məktəb sayı isə 37 olub.

Azərbaycanda daha 33 şagirddə koronavirus aşkarlanıb

Təhsil Nazirliyi son sutka ərzində ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxmaya dair məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 14, işçi sayı 2 olub.

Son sutka ərzində koronavirusa yoluxan şagird sayı 33, işçi heyətinin sayı 12 nəfər təşkil edib. 

.