“Azərbaycanda dağlıq ərazilərdə martın əvvəlində qarölçmə işlərinə başlanılacaq”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin baş hidroloqu Asif Verdiyev deyib.

O bildirib ki, qarölçmə işləri 4 istiqamətdə aparılacaq: “İşlər 25 marşrut üzrə olacaq. Qarölçmə zamanı qarın hündürlüyü, sıxlığı, çəkisi və sululuğu müəyyən edilir”.

Onun sözlərinə görə, qarölçmə işləri martın birinci yarısında yekunlaşacaq, sonra gursululuq dövrünün proqnozu hazırlanacaq.

.