Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Polşa və Litvanın tərəfdaşlığı ilə "Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi" layihəsini həyata keçirəcək.

Layihənin dəyəri 1 milyon avrodur.

"İki il ərzində Polşa və Litvadan olan ekspertlərlə birgə müvafiq görüşlərin keçirilməsi, layihələrin hazırlanması nəzərdə tutulur. Layihə 3 komponent üzrə keçirilir - qanunvericiliyin təkmilləşdirilməsi, ikinci effektiv yol təhlükəsizliyi idarəetmə sisteminin yaradılması, kadr potensialının artırılması. Hər bir komponent üzrə müvafiq sənəd hazırlanacaq", - deyə nazirlikdən bildirilib.

.