"Baş nazir Nikol Paşinyan, terrorizm hərbi personalın, silahların, minaların daşınması və mülki əhalinin öldürülməsi yolu ilə Azərbaycana (suverenliyini və ərazi bütövlüyünü tanıdığınız) qarşı bədnam siyasətin və hərbi təcavüzün davamıdır".

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Ermənistanın baş naziri Nikol Paşinyanın əsassız açıqlamaları ilə əlaqədar tviterdəki paylaşımında yer alıb.

“Ermənistanın bu cür qanunsuz hərəkətlərinin qarşısını almaq üçün Azərbaycanın qanuni tədbirləri Azərbaycanın suveren ərazilərində qayda-qanun yaratmaq adlanır”, - A.Hacızadə qeyd edib.

.