Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Türkiyəyə səfəri çərçivəsində bu ölkənin Rəqəmli Transformasiya Ofisinin rəhbəri Ali Taha Koc ilə görüşüb.

Bu barədə R. Nəbiyev "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, görüş çərçivəsində Süni İntellekt, böyük həcmli məlumatlar və "Hökumət buludu" mövzusunda gələcək əməkdaşlıq müzakirə olunub.

"Müştərək layihələrin icrası və təcrübə mübadiləsi barədə razılıq əldə olunub", - nazir qeyd edib.

.