Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 17,8 mln. ədəd tibbi maska istehsal edilib. Bu, illik müqayisədə 56,1% çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Təkcə avqust ayında 2,7 mln. ədəd maska istehsal olunub ki, bu da iyul ayı ilə müqayisədə 2,3 dəfə çoxdur.

Qeyd edək ki, sentyabrın 1-nə ölkədə hazır maska ehtiyatı 0,8 mln. ədəd təşkil edib.

.