Rusiya XİN başçısı Sergey Lavrov və onun erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.

“Sputnik Armenia” xəbər verir ki, onlar Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin mayın 13-də Tacikistan paytaxtı Düşənbədə mümkün görüşünü müzakirə ediblər.

Nazirlərin MDB XİN Başçıları Şurası çərçivəsində bir araya gələcəyi vurğulanıb.

Rusiya və Ermənistan XİN başçıları Nikol Paşinyanın son Moskva səfərini də müzakirə ediblər.
 

.