Prezident İlham Əliyev Əziz Səncərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Əziz Səncər Azərbaycan Respublikasının beynəlxalq humanitar əlaqələrinin inkişafında xidmətlərinə görə təltif edilib.

Türk həkim, molekulyar bioloq Əziz Səncər 2015-ci ildə Kimya üzrə Nobel mükafatına layiq görülüb. O, mükafatı amerikalı Pol Modriç və isveçli Tomas Lindal ilə birlikdə DNT-nin bərpası işinə görə qazanıb.

.