Prezident İlham Əliyev Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüş zamanı Zəngəzur dəhlizi məsələsinə də toxunub.

Prezident İlham Əliyev dəhlizin bütün region üçün alternativ dəhliz yarada biləcəyini diqqətə çatdırıb.

Eyni zamanda vurğulanıb ki, Ermənistan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmaqla Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olur.

Almaniya Prezidenti verilmiş ətraflı məlumatlara görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. Görüş zamanı regional və qlobal məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

.