Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Pakistanın Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Asim Munir ilə görüşündə iki ölkə ordularının qoşun növləri arasında əlaqələrin genişləndirilməsi müzakirə edilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Həmçinin Azərbaycan-Pakistan-Türkiyə birgə təlimlərinin keçirilməsi ilə yanaşı üçtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

.