“Ermənistanda Zəngəzur Mis-molibden kombinatını Almaniya şirkəti işlədib. Bu kombinat Oxçuçayda ekoloji fəlakətə yol açıb”.

Bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda brifinqdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

F. Şəfiyev qeyd edib ki, Avropada korporativ məsuliyyətə xüsusi diqqət yetirilir: “Mən özüm də Avropada, Almaniyada işləmişçəm, bunun şahidiyəm. Azərbaycana gələndə fərqli davranış sərgilənir. Azərbaycan həmin alman şirkətini yaxın vaxtlarda beynəlxalq məhkəməyə verəcək, siz bunun şahidi olacaqsınız”.

.