Azərbaycanın qadınlardan ibarət karate üzrə millisinin baş məşqçisi dəyişib.

Bu barədə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov məlumat verib.

O bildirib ki, təxminən 10 gün olar ki, Denis Morozovla yollar ayrılıb: “Düşündük ki, o, Olimpiada zamanı öz işini gördü. Həm də maliyyə məsələsinə görə belə etdik. Onun yerinə kişilərdən ibarət yığmada məşqçi işləyən Şahin Xudaverdiyevi bu vəzifəyə məşqçi təyin etdik”.

Qeyd edək ki, İrina Zaretskayanın da şəxsi məşqçisi olan Morozov 2019-cu ilin əvvəllərində qadın millimizə təyin olunmuşdu.

.