“Ötən illə müqayisədə, apreldə Azərbaycana gələn xarici vətəndaşların sayı 91,7 faiz azalıb”.

Bunu ATV-nin efirində Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə bildirib.

O qeyd edib ki, yanvar-fevral aylarında Azərbaycana gələn turistlərin sayında 15-17 faiz artım olub:

“Koronavirus pandemiyası başladı. Aprelin sonu üçün ölkəmizə gələn xarici vətəndaşların sayı ötən illə müqayisədə, 91,7 faiz azalıb. Mayda da təxminən elə rəqəmlər gözlənilirdi.

Hazırda gələnlərin sayı sıfırlanıb. Bu, gözlənilən idi. Çünki dövlətlər sərhədlərini bağlayıb, gediş-gəliş dayanıb”.

Koronavirus pandemiyası dövründə turizm sahəsi üzrə çalışan sahibkarlara verilən məbləğ açıqlanıb.

Bunu da Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, bu dövrdə dövlət hotellərdə, obyektlərdə dezinfeksiya və digər xərcləri nəzərə alıb və şirkətlər üçün güzəştlər edir:

“Mayın 15-dək hotelçilər və turizmçilər işçilərin maaşlarını vermək üçün dövlətdən 7 milyon 500 min manatdan çox yardım alıblar. Dövlət milyonlarla pul xərcləyib ki, turizmçilərə dəstək olsun”.

K.Quluzadə qeyd edib ki, turizm sahəsinə dəyən ziyan uzunmüddətli olacaq:

“Dəstək üçün yeni mexanizmlər axtarırıq. Onu deyə bilərəm ki dünya turizmi bir-iki ilə tam olaraq formalaşacaq”.

.