Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 8 259,4 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 % az vəsait yönəldilib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyaları 8,5%, qeyri neft-qaz sektoruna investisiyalar isə 11,3% azalıb.

İstifadə olunmuş vəsaitin 5 657 milyon manatı və yaxud 68,5%-i məhsul istehsalı sahələrinə, 1 993 milyon manatı və yaxud 24,1%-i xidmət sahələrinə, 609,4 milyon manatı və yaxud 7,4 %i-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 335 milyon manatını və yaxud 64,6%-ni daxili vəsaitlər təşkil edib, 5 514,6 milyon manatı və yaxud 66,8%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

8 aylıq investisiyalarda müəssisə və təşkilatların vəsaitləri 59%, büdcə vəsaitləri 20,8%, bank kreditləri 5,7%, əhalinin şəxsi vəsaitləri 6,8%, sair vəsaitlər isə 7,7% paya malik olub.

.