Azərbaycan Avrasiya regionunda üçüncu ən iri qaz istehsalçısına çevriləcək. 

Bu barədə Qaz İxrac edən Ölkələr Forumunun (GECF) 2050-ci ilədək qaz bazarı üzrə proqnozunda ("Global Gas Outlook 2050") qeyd olunur.  

"2050-ci il üçün qaz hasilatı təxminən 40 mlrd.  kubmetrə çatacəq Azərbaycan regionun üçüncü ən iri qaz istehsalçısına çevriləcək", hesabatda qeyd edilir. 

Proqnoza əsasən,  artım Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" və "Abşeron" qaz-kondensat yataqlarının hesabına təmin ediləcək. 

Bununla yanaşı, hesabatda qed olunur ki,  2050-ci il üçün reqionda qaz istehsalı 40% artaraq 1,3 trln. kubmetrdən bir gədər az olacaq. Artım reqionun qaz istehsalı üzrə iki liderləri olan Rusiya (78%) və Türkmənistanın (18%) hesabına əldə olunacaq.

.