Azərbaycan Avropa Komissiyası ilə Xəzər-Avropa Yaşıl Enerji Dəhlizinin yaradılmasını müzakirə edib.

Bunun müzakirəsi energetika naziri Pərviz Şahbazovun Avropa Komissiyası enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero ilə Enerji Həftəsi çərçivəsində keçirtdiyi görüşdə aparılıb.

Görüşdə Cənub Qaz Dəhlizinin (SGC) genişləndirilməsi və Enerji Dialoqu çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə edilib. Növbəti addımlar müəyyənləşdirilib.

P. Şahbazov bu barədə özünün tviter hesabında yazıb.

.