Azad olunmuş ərazilərdə 16 yol layihəsi fəaliyyətdədir, onlardan üçünün reallaşdırılması artıq bitib.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə heyətinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Bərdə-Ağdam, Hadrud-Füzili avtomobil yoları və "Zəfər yolu" üzrə işlər artıq bitib.

"Digər layihələr üzrə işlər sürətlə gedir. Bəzi layihələrdə layihə gücü artıq 70%-i ötüb", - Saleh Məmmədov qeyd edib.

Onun sözlərinə görə, bu ilin sonu - 2025-ci ilin ortalarına qeyd olunan layihələrin 80-90%-i tamamlanacaq.

.