İşğaldan azad edilmiş ərazilərdəki qızıl, gümüş və mis yataqlarının ehtiyatı açıqlanıb.

Bu barədə Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, "Söyüdlü" qızıl yatağında 112,5 ton resurs olub:

"Həmçinin "Vejnəli"də 6,5 ton qızıl, 10,75 ton gümüş, 4 min tona yaxın mis, "Dəmirli" yatağında 457 min ton mis, "Qızıbulaq" yatağında 13,7 ton qızıl olub. 
Lakin işğalçı rejim tərəfindən istismar edilmiş həcmlər haqqında bu gün konkret rəqəm demək doğru olmaz. Bu rəqəmlər hazırda hesablama mərhələsindədir. İstismarla bağlı dövlətin müvafiq qurumları tərəfindən beynəlxalq təşkilatlara müraciət hazırlanıb".

İşğal dövründə yataqların qanunsuz istismarı ilə məşğul olan şirkətlərin adları açıqlanıb

İşğal dövründə "Söyüdlü", "Vejnəli", "Dəmirli" və "Qızılbulaq" yataqlarının qanunsuz istismarı ilə məşğul olan şirkətlərin adları açıqlanıb.

Bu barədə Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, sözügedən şirkətlər aşağıdakılardır:

"Kanadanın "Sterlite Gold" LTD və "First Dynesty Mines"; İsveçrənin "Base Metals", "Vallex Group"; Rusiyanın "Geopro Mayninq Gold Company"; İsveç və lixtenşteynli sahibkarların ortaq olduğu Ermənistanın "Armenian Copper Programme"; ABŞ-ın "Global Gold"; Hindistanın "Vedanta Resourcess".

.