İran tərəfdən səfirliyimizə hücum edən şəxsin daha əvvəl hansı fəaliyyətlə məşğul olması, hansısa bir təşkilata üzv olması barədə heç bir rəsmi məlumat daxil olmayıb.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə mətbuat brifinqində deyib.

O bildirib ki, bütün sübutlar hadisənin mütəşəkkil formada həyata keçirildiyini göstərir.

XİN sözçüsü İran səfirliyinin Azərbaycanda fəaliyyət göstərib-göstərməyəcəyinə münasibət bildirib

İranın Azərbaycandakı səfirliyinin fəaliyyəti ilə bağlı biz tərəfdən heç bir rəsmi müraciət olmayıb.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə mətbuat brifinqində deyib.

O bildirib ki, növbəti mərhələlərdə hansı addımların atılacağı hələlik məlum deyil: "Bu barədə hansısa bir qərar da yoxdur".

Ayxan Hacızadə: Terrorçuların cəzalandırılmasını İrandan tələb etmişik, lakin əsaslı cavab verilməyib

"Guya cinayətkarın səfirliyə iki azyaşlı uşağı ilə gəldiyinə dair mediada xəbər yayılmışdı. Amma videodan göründüyü kimi bu, planlaşdırılmış terror hücumudur".

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə mətbuat brifinqində deyib.

O bildirib ki, səsləndirilən bəyanatların heç bir əsası yoxdur: "Bu terrorçuların cəzalandırılmasını İrandan tələb etmişik. Lakin indiyə qədər İran heç bir əsaslı cavab verməyib".

Ayxan Hacızadə vurğulayıb ki, müşahidələrdən göründüyü kimi hücum edən şəxs ruhi xəstə deyil: “Hadisədən sonra dövlət televiziyalarına müsahibəsində də bu aydın görünür”.

XİN sözçüsü bildirib ki, bu barədə səsləndirilən bəyanatlar əsassızdır.

.