"Rusiya daşıyıcılarla bizim daşıyıcılar arasında yeganə fərq budur ki, Azərbaycan daşıyıcıları daşımalarda üstünlük təşkil edir. Rusiya və Azərbaycan arasında yükdaşımaların 80%-i Azərbaycan, 20%-i isə Rusiya daşıyıcılarının payına düşür".

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

“ürkiyədən Rusiyaya yüklərin 30%-ni belə azərbaycanlılar daşıyıb. Bizə aid olmayan bazarlara da daxil oluruq”, - deyə Anar Rzayev bildirib.

.