Krakov-2023 Avropa Oyunlarının çimərlik futbolu üzrə yarışının püşkatma mərasimi keçirilib.

Bu gu gün təşkil olunan tədbirdə Azərbaycan millisinin də rəqibləri də müəyyənləşib.

Yığmamız A qrupunda yer alıb. Komandamız Polşa, Portuqaliya və İspaniya ilə mübarizə aparacaq.

Qeyd edək ki, üçüncü dəfə təşkil olunacaq Avropa oyunları ilk dəfə 2015-ci ildə Bakıda keçirilib. Krakov-2023 iyunun 21-dən iyulun 2-dək davam edəcək.

.