“Avropa İttifaqı Ermənistan və Azərbaycanla işləməyə, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı əlavə dəstək verməyə hazır olduğunu bir daha bəyan edir”.

Novoye-vremya.com xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar tviterdə yazıb.

“Ermənistan-Azərbaycan sərhədində insidentlərin və itkilərin yenidən baş verməsi ilə bağlı xəbərlərdən dərin narahatlıq keçirir. Tərəflər üçün gərginliyin azaldılması və mövcud mexanizmlərdən, xüsusilə də 2021-ci ilin noyabrında Aİ-nin himayəsi altında iki ölkənin Müdafiə nazirlikləri arasında yaradılan qaynar xətdən tam istifadə edilməsi vacibdir”, - o qeyd edib.

.