"Azərbaycanda bankların biznesə təklif etdiyi kreditlərin əlçatanlığı aşağı, kredit faizləri çox yüksəkdir".

Bunu "Azərbaycan-Türkiyə İş Adamları" Birliyinin (ATİB) ümumi yığıncağında çıxış edərkən Birliyin İdarə Heyətinin sədri Cemal Yangın deyib.

Onun sözləri görə, maliyyə əlçatanlığını artırmaq üçün banklarla ATİB-ə üzvü olan şirkətlər arasında iş birliyinin genişləndirilməsinə ehtiyac var.

"Azərbaycanda fəaliyyət göstərən və ATİB-də təmsil olunan "Yapı Kredi Bank" və "Ziraat Bank Azərbaycan"la şirkətlər arasında fəaliyyətin uzlaşdırılması üçün müzakirələr aparırıq"- deyə ATİB sədri əlavə edib.

.