Astarada qadın qətlə yetirilib, keçmiş əri şübhəli bilinir.

Bu barədə  rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, rayonun Maşxan kəndində üzərində xəsarətlər olan qadın meyitnin aşkar olunması barədə bağlı məlumat daxil olub.

İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1993-cü il təvəllüdlü Gülşən Qəhrəmanova olması müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, qadının keçmiş əri, 1993-cü il təvəllüdlü Yusif Verdiyev hadisəni törətməkdə şübhəli bilinir.

Onun cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

.