Culian Assanca onun ABŞ-a ekstradisiyası ilə bağlı qərardan Britaniya Ali Məhkəməsinə şikayət etməyə icazə verilib.

Wikileaks-in qurucusu ABŞ-a ekstradisiyaya qarşı mübarizənin son mərhələsində qalib gəlib.

O, Böyük Britaniyadan ekstradisiyası ilə bağlı qərarı Ali Məhkəməyə şikayət edə biləcək.

Xatırladaq ki, Britaniya Məhkəməsi 2021-ci il dekabrın 10-da Wikileaks-in qurucusunun ABŞ-a ekstradisiyası ilə bağlı hökm çıxarmışdı.

.