
Almaniyanın hazırda Ukraynaya “Leopard 2” tankı göndərmək kimi bir planı yoxdur.
“Sky news” xəbər verir ki, bunu Almaniya hökumətinin mətbuat katibi keçirdiyi brifinqdə bildirib.
Daha əvvəl ölkənin iqtisadiyyat naziri Robert Habek Berlinin “Leopard 2” tanklarının Ukraynaya çatdırılmasını istisna edə bilmədiyini bildirmişdi.
Qeyd edək ki, Almaniya ötən həftə Ukraynaya “Marder” döyüş maşınları tədarük etdiyini bildirib. Leopard tankları “Marder”lə müqayisədə daha ağır döyüş texnikası maşını hesab edilir.
.