Almaniya Rusiyadan 30 milyon doza "Sputnik V" peyyvəndi almaq istəyir.
 
"Reuters" verdiyi xəbərə görə, bunu Saksoniya əyalətinin Baş naziri Maykl Kreçmer deyib.
 
Onun sözlərinə görə, Avropa Dərmanlar Agentliyi bu peyvəndin istifadəsini təsdiqlədikdən sonra Almaniya iyun, iyul və avqust aylarında bu dozaları almaq istəyir.
 
Qeyd edək ki, daha əvvəl Almaniyanın səhiyyə naziri Jens Spahn ölkəsinin "Sputnik V" peyvəndinin alınması ilə bağlı Rusiya ilə danışıqlar apardığını bildirimişdi.

.