Mən bir din xadimi kimi bütün dövlətlərlə münasibətimizin yaxşı olmasını istəyirəm. Eyni zamanda da, İranla.

Bunu jurnalistlərə açıqlamasında QMİ sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

O, İranın tarixi səhv etdiyini qeyd edib. "İrandan öz qardaşınız kimi belə bir şeyi gözləmirdik. Söhbət Tehranla İrəvanın qardaşlaşmasından gedir. Bu çox mənfi haldır. Biz onlara qardaş deyirdik, sonradan gördük ki, onların başqa qardaşları varmış, biz ögey qardaş imişik. Mən elə bilirəm, onlar öz səhvlərini başa düşərlər. Çünki bu İslam tarixi üçün bir səhvdir. Hansı ki bağışlanmaz. Amma İran da o addımları atmamalıdır. İran da bizə qarşı həqiqi addımlar atmalıdır. Və bizə qardaş deyəndə yalançı qardaş deməməlidir”.

.