Kyoto Tibb Universitetinin alimləri yeni növ koronavirusun dəri üzərində 6-11 saat aktiv qala biləcəyini müəyyən ediblər.

“Asahi” xəbər verir ki, onlar bu müddətin orta hesabla 9 saat olduğunu bildiriblər.

Bu, normal qripdən təxminən beş dəfə çoxdur.

Onların sözlərinə görə, virus metal və plastik kimi digər səthlərdə bir neçə gün qala bilər. Alimlər qeyd edib ki, koronavirusun dəri üzərində doqquz saat yaşaması onun yoluxma riskini artırır.

Eyni zamanda, bildirilir ki, koronavirus 80 faizlik etanoldan istifadə etməklə 15 saniyədə məhv olur.

Bununla birlikdə, koronavirusun yayılmasının qarşısını almaq üçün əllərin düzgün gigiyenasının vacibliyi də vurğulanır.

.