Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviçin istefa ərizəsi qəbul edilib.

Bu barədə Prezident Vladimir Zelenskinin mətbuat xidmətinin rəhbəri Sergey Nikiforov açıqlama verib.

Aleksey Arestoviçin istefa qərarını Prezident Ofisinin Aparat rəhbəri Mariya Vituşok imzalayıb.

***

Ukrayna prezidenti ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç istefa ərizəsi yazıb.

Bu barədə o, Facebook hesabında paylaşım edib.

"Sivil davranış mədəniyyətini göstərmək istəyirəm: prinsipial səhv, istefa deməkdir", o yazıb.

Xatırladaq ki, Aleksey Arestoviç Rusiya ordusunun Dnepr şəhərində çoxmərtəbəli yaşayış binasına raket zərbəsi endirməsi ilə bağlı yanlış məlumat verdiyi üçün tənqidlərə məruz qalmışdı.

.