İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə dair üçtərəfli mexanizm Türkiyənin təşəbbüsü deyil, tərəflər özləri bu qərarı verib.

Bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik “CNN Türk”ə açıqlamasında bildirib.

O qeyd edib ki, İsveçin addımlarına görə bu prosesdə irəliləmə yox, geriləmə var.

“Onu bu nöqtəyə gətirən İsveçin özü oldu. İsveç verdiyi vədlərin heç birini tutmadı. Bu kontekstdə həmin görüşü (red. - üçtərəfli mexanizmə dair) keçirməyin mənası yoxdur. Finlandiya bu baxımdan özünü müsbət şəkildə fərqləndirmək istəyir. Ona görə də o, NATO ilə (red. - İsveçdən ayrı şəkildə üzvlük prosesi üçün) danışacaq. Finlandiya və İsveç iki ayrı ölkədir. Finlandiya terrorla bağlı düzgün addımlar atdıqdan sonra təbii ki, özünü İsveçdən fərqləndirmiş olacaq”, - deyə o bildirib.

.