Ümidimiz odur ki, dost və qardaş ölkələr yaxın zamanda Şimali Kipr Türk Respublikasının (ŞKTR) müstəqilliyini tanıyar.

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar NTV telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, gündəm artıq Şimali Kipr Türk Respublikasının müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasıdır.

Türkiyə müdafiə naziri Şimali Kiprin bu yaxınlarda Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olduğunu da xatırladıb.

.